|
Kənd Təsərrüfatı naziri İnam Kərimov ötən gün Tərtər rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Axar.az xəbər verir ki, bu zaman nazirin rezin uzunboğaz çəkmədə olması insanların diqqətindən yayınmayıb. Nazirin əkin yerlərini və tarlaları bu havada belə gəzməsi sosial şəbəkələrdə müsbət reaksiyalar doğurub.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov noyabrın 24-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.