error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Cari ilin üçüncü rübünün nəticələrinə əsasən “Nar” bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib.

 

Axar.az xəbər verir ki, təkmilləşdirmə işlərinin nəticəsi olaraq ikinci rübdən bu yana 370-dən çox 4G, 70-dən çox 3G baza stansiyaları qurulub. Hazırda ölkə ərazisində “Nar” 4G baza stansiyalarının sayı 1620-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa 40-dan çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Nəticədə mobil operatorun abunəçi bazası üçüncü rübdə 4% artıb. “Nar” hazırda 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Yeni istismara verilən “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 2018-ci ilin əvvəli ilə müqayisədə, “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı yarım milyona çatıb.

“Nar”ın üçüncü rüb ərzində həyata keçirdiyi əhəmiyyətli layihələrdən bir də brendini və şüarını yeniləməsi oldu. Yenilənmiş “Nar” brendi müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.

Daim yenliklər edən “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV - Nar TV”tətbiqini təqdim edib. Nar TV istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verir.

Üçüncü rüb ərzində müştəri məmnuniyyətində də artım müşahidə olunub. “Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Üçüncü rüb ərzində müştəri loyallığı indeksi 11%, internet məmnuniyyəti indeksi isə 4% artıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.

19 APRIL 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 APRIL 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 APRIL 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 APRIL 2025 Sabah 22 dərəcə isti oIacaq
18 APRIL 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 APRIL 2025 Hikmət Mirzəyevə ağır itki
18 APRIL 2025 Xankəndinin Baş planı hazırlanır
18 APRIL 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 APRIL 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 APRIL 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 APRIL 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 APRIL 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 APRIL 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 APRIL 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 APRIL 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 APRIL 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 APRIL 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 APRIL 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 APRIL 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 APRIL 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti