error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Votsap sosial şəbəkəsində sürücülərdən biri tərəfindən yayılmış səs yazısına münasibət bildirib.

 

Report-un xəbərinə görə, V.Əsədov bildirib ki, barəsində səs yazısı yayılan Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir:

“Bu səsi yayan şəxs isə, ümumilikdə, yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır. Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

Vaqif Əsədov deyib ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb:

“Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa, gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil. Birincisi, sürücünün iddai etdiyi ərazilərdə hazırda təmir gedir və buna görə də orada onsuz da hərəkət sürəti aşağıdır. Bundan başqa, həmin yolun istifadəyə verilən hissəsi bir neçə zolaqdan ibarətdir və burada heç kim heç kimin yolunu kəsə də bilməz. Digər tərəfdən, Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir”.

Qeyd edək ki, Votsapda yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Kamri” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

19 APRIL 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 APRIL 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 APRIL 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 APRIL 2025 Sabah 22 dərəcə isti oIacaq
18 APRIL 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 APRIL 2025 Hikmət Mirzəyevə ağır itki
18 APRIL 2025 Xankəndinin Baş planı hazırlanır
18 APRIL 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 APRIL 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 APRIL 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 APRIL 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 APRIL 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 APRIL 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 APRIL 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 APRIL 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 APRIL 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 APRIL 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 APRIL 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 APRIL 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 APRIL 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti