error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING

Türkiyədə gənc müəllimin tətbiq etdiyi dərs metodu dünyanın bir çox ölkəsində qəbul edilib və olduqca uğurludur. Bu, dərsin gedişində rəqabət mühiti yaradır. Hazırda Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Türkiyə məktəblərindən birində Güvən Kara adlı müəllimin maraqlı bir üsulla Azərbaycan dilini tədris etməsi barədə danışarkən deyib. Həmin metodla dərs zamanı uşaqlara sərbəstlik verildiyini deyən təhsil eksperti Azərbaycan məktəblərinin bu baxımdan geridə qaldığını söyləyib:

“Bu gün bir çox müəllim hələ də sovet dövründə öyrəndiklərini tətbiq edir. Nə qədər ki yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edir, bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verir. Bu, çox ağır vəziyyətdir. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn, müəllimlərimizin bir çoxu hələ də kompüterdə işləmək bacarığına malik deyil. Əgər bir müəllim kompüterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, şagirdə nə dərəcədə bilik verə bilər? Dünyanın ən keyfiyyətli təhsil ocaqları nəzəriyyəyə nisbətən, təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir, müəllim sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bunu bütün müəllimlərə aid etmək doğru olmaz.

Savadlı müəllim şagirdə hazır bilikləri verməklə yanaşı, onun beynində fikir formalaşmasına köməklik göstərməlidir. Bizim müəllimlər də müasir metodları tətbiq etməklə şagirdlərin dərsə marağını artıra bilərlər. Qanunvericilik bazası buna kifayət qədər imkan verir”.

Qeyd edək ki, Türkiyə məktəblərindən birində şagirdlərə Azərbaycan dilini mənimsətmək üçün istifadə etdiyi üsul böyük maraq doğurub.

19 APRIL 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 APRIL 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 APRIL 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 APRIL 2025 Sabah 22 dərəcə isti oIacaq
18 APRIL 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 APRIL 2025 Hikmət Mirzəyevə ağır itki
18 APRIL 2025 Xankəndinin Baş planı hazırlanır
18 APRIL 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 APRIL 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 APRIL 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 APRIL 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 APRIL 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 APRIL 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 APRIL 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 APRIL 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 APRIL 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 APRIL 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 APRIL 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 APRIL 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 APRIL 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti