|
Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin əmri ilə nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.
Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, U.Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb.