|
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.
Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.