|
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.
DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, reydlər nəticəsində Suraxanı rayonu ərazisində 4, Sabunçu rayonu ərazisində isə 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin mağazaların 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib, həmin şəxslər müvafiq qaydada cərimə olunublar.
Bu istiqamətdə reydlər davam etdirilir.