Milli Televiziya və Radio Şurasının fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də, televiziyalarda ciddi problem olaraq qalır.

Kult.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Elektron Mediaya Yardım Fondu və KİVDF-nin maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

N.Məhərrəmli bildirib ki, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə Şuranın birlikdə apardığı monitorinq telekanallarda ədəbi dil qaydaları pozuntularının aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır.

“Bu monitorinqlərin nəticəsində ildən-ilə Azərbaycan dili ilə bağlı televiziyalarda irəliləyiş hiss olunur. Düzdür, hələ ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Bizi narahat edən məsələ daha çox şou xarakterli verilişlərin aparıcılarının dili ilə bağlıdır. Onların dilində bayağı, loru, barbarizmlərdən istifadə baş alıb gedir. Bu bizi narahat edir. Telekanal rəhbərləri bu məsələyə xüsusi önəm verməlidir. Onlar aparıcıları işə qəbul edəndə Azərbaycan dilini bilməsinə diqqət ayırmalıdır. Bu problemin hələ də mövcud olmasında bizim də günahımız var”.

N.Məhərrəmli bildirib ki, xüsusən reklam çarxları, sağlamlıq verilişlərində bəzi ifadələrin ana dilində olmaması Şuranı ən çox narahat edən məsələdir:

“Bununla bağlı televiziya rəhbərləri ilə danışıqlar aparmışıq. Bəzi irəliləyişlər var.

Telekanallarla bağlı digər məqam texnologiya ilə dilimizə daxil olan əcnəbi sözlərin istifadəsidir. Bəzi ölkələr öz siyasətlərini mədəniyyət, təhsil, elm sahəsi ilə digər dövlətlərin ərazisində yeridir. Texnoloji yeniliklərlə bağlı çoxlu xarici ifadələrin dilə gəlməsinin qarşısını müəyyən qədər almağa çalışmalıyıq. Bu sahədə televiziyaların fəaliyyəti qənaətbəxş deyil”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti