“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib.

Axar.az xəbər verir ki, jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar”ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - Nar TV və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib.

Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan Nar TV mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər. Məlumat verilib ki, “Nar TV” tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa biləcəklər. Bundan başqa media nümayəndələrinə Nar TV-nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.

Mətbuat konfransında “Nar”ın sərgidə təqdim etdiyi digər məhsul – Nar Wi-Fi haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

Daha sonra media nümayəndələri “Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti