Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 05.09.2018-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb.

MİDA-dan Axar.az-a verilən məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlmişdir. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olub);

2 otaqlı mənzil üçün 42 896 manat (endirimdən əvvəl bu məbləğ 47 661 manat olub);

3 otaqlı mənzil üçün 59 405 manat (endirimdən əvvəl bu məbləğ 66 006 manat olub) ödəniş edib.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq edilib. Həmin şəxslərdən 39%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:

1 otaqlı mənzil üçün aylıq ödəniş 88 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub);

2 otaqlı mənzil üçün aylıq ödəniş 135 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 203-236 manat aylıq ödəniş qeyd olunub);

3 otaqlı mənzil üçün aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 282-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir. Yaxın vaxtlarda mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

Vətəndaşlar tərəfindən rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır (12-si 1 otaqlı, 28-i 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.

İmtinanın səbəbləri:

Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 15 nəfər;

Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 21 nəfər;

“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən güzəştli ipoteka krediti verilmədiyinə görə – 6 nəfər;

Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

Ailə vəziyyətinə görə – 2 nəfər.

Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti