11:09

Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

 

Report-un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, “Speys” televiziya kanalında yayımlanan “Hər gün” verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı “Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]”, “Tənzimlənməsi” - [Tənzimləmməsi], “Məksədilə”- [Məksədiynən], “İşləri ilə”- [İşləriynən], “Qanlı”- [Qannı], “Abonentlərə”- [Abonentdərə], “Məhdudiyyətlər”- [Məhdudiyyətdər], “Dünyə “[dünya], “Xəbərləri ilə” [xəbərrəriynən] və s. kimi səhvlər edir.

“Hava” xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı “Timperatur”- [temperatur], “Təşkil edəcəy”- [təşgil edəcəxʹ], “Sporsorluğiylə”- [Sporsorruğuynan], “İzliyirsiniz”-[izdiyirsiz] və s. kimi səhvlər edir.

“Hər gün” verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı “axşam saatlarında” - [sa:tdarında], “ölümlə” - [ölümnən], “təfərrüatları” - [təfərrüatdarı], “faktla” - [faktnan], “silahlarla” - [silahlarnan], “yaşlı”- [yaşdı], “sonra”-[so:ra], “oyuncağ”-[oyuncax], “Dövlət” [dö:lət], “Yaranmasının” [yarammasının], “Fərqləndiklərinə” [fərkləndixʹlərinə], “bəha:nə imiş” , “şiddətli” [şiddətdi] və s. kimi səhvlər edir.

“Hər gün” verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı “Logistika”-[lagistika], “Sakinləri”-[sakinnəri], “Valideynlər”-[valideynnər], “Birləşmiş Ştatların”-[ştatdarın], “CNN-Sineen” –[SieNeN], “İş adamları üçün” - [adamlarıyçün], “Pasportlarda”-[pasportdarda], “Qanla”-[qannan], “Bıçağlıyaraq” - , “Yatağxanada”-[yataxxanada], “Yanığ”-[yanıx], “Yaşayan”-[yaşıyan], “Təfərrüatları”-[təfərrüatdarı], “Küçəyə”-[küçiyə], “lənkəranlı” [lənkərannı], “mal-qaraya” [mal-qarıya] və s. kimi səhvlər edir.

“Lider” televiziya kanalında yayımlanan “Səda” verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı “Cəbhə boyu” [Cəbhəboyu], “Xa:ci” [xarici], “Mövlüd” [mövlud], “Gündəlikdə” [Gündəlixʹdə], “Ame:ka” [Amerika], “Qa:dının” [qadının], “Atəşkəş” [atəşkəs], “Ya:rış” [yarış] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı “Yeddi” [yetdi], “Anjeʹy Kapişek” [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı “Gərək” [gərəxʹ], “Keşik” [keşixʹ], “Karakısda” [karakasda] və s. kimi səhvlər edir.

“Səda” verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı “gərginlik” [gərginlixʹ], “metıdını” [metodunu], “sinoptikləʹr” [sinopʹtiklər], “tufanın” [tu:fanın ] və s. kimi səhvlər edir.

ATV televiziya kanalında yayımlanan “ATV xəbər” verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı “Dövlət” [dö:lət], “Sərəncamıyla” , “Aşəğ” [aşıx], “Şöhrət ordeni ilə” [ordeniynən], “Ümumiyyətlə” [ümumiyyətnən], “İlham Əliyevlə” [Əliyevnən], “Onlardan” [onnardan], “Gücləndirilmiş” [güjdəndirilmiş],“Dövlət Agentliyinə” [Agentdiyinə], “Nazirliyinə” [nazirriyinə], “Xəsənovanın” [Həsənovanın ], “İlliy” [illixʹ], “Həsr olunmuş” [olummuş], “Tədbirlər” [tədbirrər], “Hazırlayıb” [hazırrıyıp], “Sonra” [sora], “Bizimlə” [bizimnən], “İzliyə” [izdiyə], “İkigünlük” [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

“ATV xəbər” verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı “Dəstək” [dəstəxʹ], “əməkdaşları” [əməxʹdaşdarı], “qoşunların” [qoşunnarın], “gözlənilir” [gözdənilir], “mərkəzlərin” [mərkəzdərin], “çətinliklər” [çətinnixʹlər], “fatoqraflar” [fotoqraflar] və s. kimi səhvlər edir.

“ATV xəbər” verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı “Xeyirli” [xeyirri], “Yerli” [yerri], “Onlarla” [onnarnan], “Buynuzlu” [buynuzdu], “Kəsməy” [kəsmək], “Gömrük” [Gömrüxʹ], “Güjlü” [güjdü], “Çənəyə” [çəniyə], “Ama” [amma], “Sonra” [so:ra] və s. kimi səhvlər edir.

“İdman” verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı “Oyunlara” [oyunnara], “Kənarlaşdıran” [kənarraşdıran], “Hesabıyla” [hesabıynan], “Bəra:bərliylə” , “Fənərbaxça” [Fənərbağça], “Azarkeşlərini” [azarkeşdərini] və s. kimi səhvlər edir.

İTV televiziya kanalında yayımlanan “Carçı” verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı “Qəzaya” [qəzıya], “Uğrayan” , Tovuz, “Tavuz” [To:uz], “adlarla” [addarnan], “Bu dəyqələrdə” [dəqiqələrdə], “vertual” [virtual] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı “hörmətli” [hörmətdi], “Azərbaycanla” [Azərbaycannan], “əməliyyatlar” [əməliyatdar] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı “yüzlərlə” [yüzdərnən], “yerli” [yerri], “hazırlandığını” [hazırrandığını], “Tehranla” [Tehrannan] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı “etməklə” [etməxʹnən], “Xameneynin“ [Xamneyinin], “mümkünlüyünü” [mümkünnüyünü], “günlər” [günnən], “xəstəxanalara” [xəsdəxanalara], “ölümlə” [ölümnən], “çempionlar” [çempiyonnar], “olacaq” [olacax], “ünvanlı” [ünvannı] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı “ştatlarına” [ştatdarına], “gərginləşən” [gərginnəşən], “rəhbərliyi” [rəhbərriyi], “növbəti” [nö:bəti] və s. kimi səhvlər edir.

“Carçı” verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı “Ramiz Əliv” [Əliyev], “görənləri” [görənnəri], “məktəbə” [məxʹtəbə], “müraciət etməklə” [etməxʹnən], “dərslikləri” [dərsdixʹləri], “həyətya:nı” [həyətyanı] və s. kimi səhvlər edir.

“İdman” verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı “sonra” [so:ra], “sloqanda” [sloqanda. ], “bağışlamayıblar” [bağışdamıyıplar], “qadınlardan” [qadınnardan], “Bolqarıstanın” [Balqarıstanın] və s. kimi səhvlər edir.

“Xəzər” televiziya kanalında yayımlanan “Xəzər Xəbər” verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı “a:çıx” [açıx], “piyada” [piya:da], “Zaqulğba” [Zuğulba], “Ve:lən” [verilən] və s. kimi səhvlər edir.

Xəzər Xəbər verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı “Bəsər” Əsəd , “zolaqına” [zolağına], “davasına” [da:vasına] və s. kimi səhvlər edir.

ARB televiziya kanalında yayımlanan “ARB Xəbər” verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı “ordğen” [orden], “böyük Ağa” , “odur ki” [odu], “dəyirli” [dəyərli], “sujetimizdə” , “ekalagiya” [ekologiya], “tədbirrar” [tədbirrər] və s. kimi səhvlər edir.

“Ölkə xəbər” verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı “xəbərlərin” [xəbərrərin], “sujeti” , “müvaffik” [müva:fik], “edır” [edir], “ıstıqamətdərə” [istiqamətdərə], “sərnışın” , “bə:s” , “mühütü” [mühiti] və s. kimi səhvlər edir.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti