|
Milli Televiziya və Radio Şurasında (MTRŞ) 20 Yanvar faciəsinin 29-cu ildönümünə və 2018-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
İclasda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MTRŞ-dən Kult.az-a verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri Nuşirəvan Məhərrəmov bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini sübut edir. Sədr bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb.
Sonra Şuranın 2018-ci il üzrə hesabatı dinlənilib və qənaətbəxş hesab olunub.