|
21:19
Türkiyə ərazisində davam edən qeyri-sabit hava şəraiti müxtəlif bölgələrdə fəsadlar törədir.
Axar.az xəbər verir ki, ölkə ərazisində güclü külək və leysan bir sıra problemlər yaradıb. Belə ki, Adananın Karataş bölgəsində Seyhan çayının daşması Adana-Tuzla-Tarsus-Mersin avtomobil yolunun bağlanmasına səbəb olub. Bir çox əkin sahələri daşqından zərər çəkib.
Muğla bölgəsində sürəti saatda 70 kilometrə çatan külək qeydə alınıb. Dənizdə yaranan iri dalğalar limandakı kiçik gəmilərə təsirsiz ötüşməyib. 18 metr uzunluğu olan “Benek” adlı gəzinti gəmisi dəniz sularının altında qalıb.
Axşam saatlarında ölkə ərazisində küləyin sürətinin azalacağı gözlənilir.
***
Axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.
Yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.
Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.
Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.