|
Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, göz təzyiqi xəstəliyindən əziyyət çəkən 29 yaşlı Murad Zamanov Heydər Əliyev Fondunun dəstəyilə İstanbul şəhərində gözlərindən iki dəfə əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, REAL TV Ağsuda əməliyyatdan qayıdan və sağlamlığına qovuşan Muradla nənəsi Həcər Zamanovanın qonağı olub.
Murad ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı Həcər Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirmişdi.