|
İt dişləmələrinin artması, üstəlik havaların istiləşməsi səbəbindən ilan sancması hallarının da tez-tez baş verməsi xəstəxanalarda zərdab məsələsini gündəmə gətirir. Bəs tibb müəssisələri lazım olan qədər zərdabla təmin olunubmu?
Xəzər xəbər-in məlumatına görə, havalar isindikcə ilan və digər heyvan sancmalarının sayı artır. Bu isə zərdab problemini ortaya çıxarır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikanın bütün rayon və şəhərlərində olan tibb ocaqları tələbata görə zərdabla təmin olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun sözlərinə görə, ilan zərdabları ilə bərabər it dişləmələri və quduzluğa görə də zərdablar tibb müəssisələrinə göndərilib.
O, həmçinin bildirib ki, bu il zərdab yerləşdiriliməsi ilə bağlı yenilik edilib.
Qeyd edək ki, zərdab vurulması dövlər hesabına pulsuz həyata keçirilir. Vaksinlər İtaliya və Özbəkistan istehsalıdır.