|
CHP-nin sabiq millət vəkili Məhməd Tüm cəzalandırıla bilər.
Axar.az xəbər verir ki, prokurorluq onun edam edilmiş inqilabçı Dəniz Gəzmiş barədə söylədiyi xoş sözlərə görə istintaq aparır. Daxili İşlər naziri Süleyman Soyluya "Adı Soylu olan o soysuz adam" deyən M.Tüm MHP lideri Dövlət Bağçalıya da "Dəniz sənin kimi əqidəsindən dönük deyil" ifadələri işlədib.
O, D.Gəzmişi ölkənin müstəqilliyi uğrunda edam kürsüsünə məğrur gedən qəhrəman adlandırıb. Prokuror isə Tümün cəzalandırılmasını və ictimai vəzifələrdən məhrum edilməsini istəyib.
Qeyd edək ki, D.Gəzmiş və dostları Yusif Aslan, Hüseyn İnan ABŞ imperializminə qarşı mübarizə aparan sosialistlər olublar, hərəkata liderlik ediblər və 1972-ci ildə Türkiyədə edam olunublar.