Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2019-cu il noyabr ayının 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub. Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.