|
Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır. Yol-xeber.az xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb. Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çətinlik yaradır.