Metropolitençilər peşə bayramını qeyd ediblər
“Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib

Noyabrın 8-də Bakı metropolitenin fəaliyyətə başlamasının 52-ci ildönümü və metropolitençilərin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin iclas zalında təntənəli tədbir keçirilib.
Tədbiri açıq elan edən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov yeraltı yolların inşaatçılarını və istismarçılarını peşə bayramı münasibətilə təbrik edib. Dövlət himninin səsləndirilməsindən sonra sözü “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədova verdi. Sədr müavini bu əlamətdar tarix ərəfəsində 17 metropolitençinin "Fəxri metropolitençi" adına layiq görülməsi barədə QSC sədrinin əmri ilə tədbirə toplaşanları tanış edərək, təltif olunanlara təbriklərini çatdırıb.
Daha sonra Hidayət Məmmədov il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. “Ömrünün 52 ilini böyük rəşadətlə və fəxarətlə başa vurmuş doğma metromuzun bayram sevincini qəlbində yaşadan hər kəs üçün əziz bir gündür” deyən çıxışçı qeyd edib ki, daim diqqət və qayğısını əsirgəməmiş və metronu Azərbaycan xalqının çoxəsrlik tarixində nadir hadisə adlandıran Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin 28 oktyabrında imzaladığı Sərəncamla 8 noyabrın Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunması metropolitençilərin rəşadətli əməyinə verilən ən yüksək qiymətdir.
Hidayət Məmmədov cari ilin on ayı ərzində plandan 3 milyondan artıq sərnişin daşınmasını Bakı metropolitenindən istifadə edənlərin inam, etimad və etibarının nümunəsi adlandırıb. “Bakı metropoliteni o xoşbəxt sahələrdəndir ki, dövlətin və birbaşa dövlət başçısının qayğı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi ölkə rəhbərinin daim bu yeniliklərə əyani tanış olması, işlərin gedişini şəxsən nəzarət altında saxlamasıdır” deyən sədr müavini daim yeniləşən metropolitendə “Bakmil” və “Xətai” stansiyalarının əsaslı təmir və yenidən qurulmadan sonra yaradılan şəraitlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən tanış olmasını buna bariz nümunə kimi vurğulayıb. Hazırda ”Xətai-Cəfər Cabbarlı” mənzili və ”Cəfər Cabbarlı” stansiyasının II yolunda əsaslı təmir və yenidənqurma işləri davam edir.
2019-cu ilin uğurlarından bəhs edən çıxışçı vaqon parkının yenilənməsi baxımından əhəmiyyətli yenilikləri də qeyd edib. Bu xüsusda əvvəlki 3 il ərzində alınandan da çox 30 yeni tipli vaqonun Bakıya gətirilməsindən, bununla da lokomotiv parkının 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənməsindən söz açıb. Qarşıdakı 3 ildə bu proses davamlı olaraq aparılacaq və bu müddətdə daha 60 vaqon gətiriləcək.
O, yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığının artmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılmasını vurğulayıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. 2019-cu ildə vaqonların əsaslı təmir sexində 10 vaqon orta təmir olunaraq modernləşdirilib.
H.Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Bakı metropolitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradıldığını, artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro sərnişinlərinə xidmət göstərəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qatarların yeni idarəetmə sistemlərindən söz açan məruzəçi Fransanın “Thales” şirkətinin Bakı metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərin qurulmasını, fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlərin tətbiqini də xüsusi vurğulayıb. Artıq bu sistemlərin digər xətlərdə də tətbiqinin təməli qoyulub. Depo ərazisində orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsinin inşası başa çatıb. "Ox sayğacı" bazasında yeni sistemin quraşdırılmasına və mərhələləri bir sistemdən digərinə keçid başlanıb.
H. Məmmədov bildirib ki, metropolitenin təlim-tədris mərkəzinin əsaslı təmiri və metropolitenin kadr hazırlığının yüksək səviyyədə təşkil edilməsi olub.
O, 2019-cu ili ən əhəmiyyətli sosial layihələr ili adlandırıb. Bu xüsusda aprel ayından metropoliten tarixinin ən böyük sosial əhəmiyyətli layihəsi də həyata vəsiqə alıb. Artıq Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır.
Metronun gələcək inkişafı, tikinti sahələrində işlərin vəziyyəti “Bakı Metropoliteni” QSC sədrinin tikinti üzrə müşaviri Məzahir Nəbiyevin çıxışında öz əksini tapıb. Metro inşaatçıları adından tədbir iştirakçılarının peşə bayramını təbrik edən M. Nəbiyev bu il metropolitenin yeni xətlərinin tikintisində, həmçinin də istismarda olan sahələrdə, həmçinin “Nərimanov” deposunda böyük həcmdə görülən işlər, “Bakmil”, “Xətai” stansiyasında aparılan yenidənqurma və təmir - bərpa işlərinin nəzərdə tutulan vaxtda uğurla başa çatdırılaraq, tam yenilənmiş formada, müasir dövrün tələblərinə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilməsini qeyd edib. Bənövşəyi xəttin 3-cü stansiyasında və Xocəsən deposunda isə işlır davam edir.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov müəssisə əməkçilərinin sosial problemlərinin həlli istiqamətində, asudə vaxtlarının, məzuniyyət dövrünün səmərəliyinin daha da yüksəldilməsində müəssisə rəhbərliyi və həmkarlar təşkilatının son bir ildə həyata keçirdiyi tədbirlər, metropolitendə təşkil edilən sosialyönümlü layihələr barədə danışıb.
Sonra Arif Mərdanov metropolitendə “İlin maşinisti” devizi altında keçirilən müsabiqənin yekunu barədə məlumat verib. Bu il müsabiqənin qalibi Hüseyn Hüseynov elan edilib və QSC sədri Zaur Hüseynovun iştirakı ilə ona müvafiq diplom və mükafat təqdim edilib.
Tədbirdə iştirak edən Bakı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin rəisi Samir Hüseynov QSC sədri Zaur Hüseynov və metropolitençiləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, çətin və məsuliyyətli olduğu qədər şərəfli işlərində uğurlar arzu edib.
Bakı metropoliteninin 52-ci ildönümü münasibətilə keçirilən tədbirə xüsusi olaraq dəvət olunmuş metropoliten veteranlarından Malik Seyidov bu diqqətə görə QSC rəhbərliyi və MİHİ sədrinə öz dərin minnətdarlığını bildirərək, metropolitençilər və metro inşaatçılarını peşə bayramı münasibətilə təbrik edib.
Tədbiri bağlı elan edən Zaur Hüseynov sonda radio və televiziya əməkdaşlarını 6 noyabr peşə bayramı münasibətilə ürək sözlərini dilə gətirərək, mərasim iştirakçılarını 9 noyabr - Dövlət Bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günləri ilə əlaqədar təbrik edib.
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti