Hazırda ləngimə aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkət edir
Bu gün "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına gedən qatarlar arasında 7-9 dəqiqə interval yaranıb. Yol-xeber.az xəbər verir ki, Bununla bağlı xəbəri "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib. Onun sözlərinə görə, buna səbəb bəzi stansiyalarda ("Neftçilər", "Qara Qarayev", "Koroğlu") vətəndaşların qatarlardan minib-düşməsinə sərf olunan vaxtın normadan çox olmasıdır. Son nəticədə qatarlar arasında interval tədricən artıb. Bununla belə, hazırda ləngimə aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkət edir.