|
Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu, Almas İldırım küçəsində qeydə alınıb. 90 FM 700 dövlət nömrə nişanlı, "Mercedes S class" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələblərini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. Bununla da qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Sürücü eyni qayda pozuntusunu bir neçə dəfə təkrarlayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə 100 manat və 4 bal cərimə edilib. Videonu təqdim edirik: