|
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Bərdə rayonunda ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev və şöbənin bütün şəxsi heyəti iştirak edib.
Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 120 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.