300 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib
Azərbaycan ədəbiyyatı tarixinə böyük töhfələr vermiş, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyasına Ucar RPŞ-nin şəxsi heyəti də həvəslə qatılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Ucar Rayon Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Paşayev və şöbənin bütün şəxsi heyəti fəal iştirak edib. Bayraq Meydanının ərazisində polis əməkdaşları tərəfindən 300 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.