“Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilərsə, təbii ki, icra mexanizmləri də müəyyən olunacaq”.

Turkustan.info bildirir ki. bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə sürücülük imtahanlarının DİM-ə verilməsi ilə bağlı deyilənlərə aydın gətirən zaman Lent.az -a söyləyib. Qurum rəsmisi bu kimi məsələlərin qanunvericiliklə tənzimləndiyini qeyd edib:

“Bu məsələlər qanunvericiliklə tənzimlənir. Sürücülük vəsiqəsi ilə bağlı imtahanların keçirilməsi də qanunvericilikdə qeyd olunduğu kimi aparılır. Yenidən hansı qərar qəbul ediləcəksə imtahanları da o qurum keçirəcək. Sürücülük vəsiqələrinin əldə olunması üçün təşkil olunan imtahanların DİM-ə verilməsi hələ ki, gündəmdə deyil”.

Xanlar Xanlarzadə deputat Çingiz Qənizadənin sürücülük imtahanlarının DİM tərəfindən keçirilməsinin böyük xərc tələb etməsi ilə bağlı fikrinə də aydınlıq gətirib: “Təbii ki, qanunvericilikdə bu təsdiqini taparsa ona uyğun işlər də həyata keçirilə bilər. İstənilən halda dövlət belə bir qərar verəcəksə, onun icra mexanizmləri də olacaq”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytnantı Rüfət Quliyev Lent.az -a münasibət bildirib. O, hazırda belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:

“Bu barədə bir ildən çoxdur ki, əsassız fikirlər dolaşır. Hələ ki, imtahanların yol polisindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsi istiqamətində hər hansı işlər görülmür. Sözügedən məsələ hazırda gündəmdə deyil”.

Qeyd edək ki, bir müddət öncə hüquqşünas Ərşad Hüseynov sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılmasının daha məqsədəuyğun olduğunu bildirib. Deputat Çingiz Qənizadə isə sürücülük imtahanlarının DİM-ə verilməsinin əhali arasında narazılıq yaradacağını deyib:

“Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti