“Tək yaşayıram. Karantin rejimi tətbiq ediləndən sonra evimdə çalışan köməkçim gələ bilməyib. Elə o gündən başlayaraq, evin bütün işləri ilə özüm məşğul oluram. Fikirləşdim ki, kimdən artığam? (gülür) Yemək bişirdim, təmizlik işlərini gördüm. Bundan çox böyük həzz aldım.

Eyvanımda çoxlu güllərim var. Onları suladım, torpağını yenilədim. Bir sözlə, onlara da zaman ayırdım. Artıq izlədiyim filmlərin də məzmunu mənim üçün dəyişdi. Karantin rejimində yalnız müsbət əhval bəxş edən filmlərə baxmağa başlamışam”.

Bunu məşhur teleaparıcı Nərgiz Cəlilova Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib.

N.Cəlilova karantinin insanları aqressivləşdirdiyini söyləyib, onları xoşniyyətli olmağa səsləyib:

“Əvvəlcə hamının əhval-ruhiyyəsi sanki nədənsə gözümə bədbin göründü. Get-gedə insanlar evdə qalmaqla darıxmağa başladılar. Hərəkət olmadığından aqressivlik başladı. Söz atmaq, həqarət, ittiham etmək kimi məsələlərlə üz-üzə qaldıq. Hər dəqiqə müxtəlif çağırışlar edirik ki, “evdə qal”, “güc birlikdədir”, “bərabər olaq”, “virusa savaş açaq”, “virusa qalib gələk”.

Bəs necə oldu bizim birliyimiz? Bu sual qarşısında qaldım. Bir tərəfdən də insanları başa düşməyə çalışdım. Bir daha insanları xoşniyyətli olmağa səsləyirəm. Yalnız bununla bir-birimizə söz çatdıra bilərik. Xüsusən bu ağır və çətin dövrdə”.

Müsahibənin sonunda isə teleaparıcı koronavirus pandemiyasının bir oyun olduğunu iddia edib:

“Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.

Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, düşünürəm ki, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq”.  /Oxu.Az/

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti