Xəbər verdiyimiz kimi, dünən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.
"Ölkə.Az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər olub ki onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmalarıdır:
“Həmin şəxslərdən yeddi nəfərinin karantin qaydalarını pozduğu müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.