|
“Ölkə.Az” xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov “Şou ATV” verilişində deyib. Gənc ikən faciəvi şəkildə anasını itirdiyini deyən müğənni bu hadisəni xatırlayaraq kövrəlib.
“Anam çox zəhmətkeş qadın idi. Həmin gün səhər yağış yağıb, bacım işdə olanda hamının gözündən yayınıb, əncir ağacına çıxıb. Səhər evdəkilərə meyvə yığmaq istəyib. O faciə belə yaşanıb. Ayağını budağa qoyanda, sürüşüb və yerə yıxılıb. Zərbənin gücündən qara ciyəri partlayıb və boynu sınıb. Həmin gün mən də anamla bir yerdə öldüm”