“Bəhram Bağırzadənin ECMO cihazında yaşam mücadiləsinin 5-ci günüdür. Məqsədimiz yaşamın davam etməsi üçün digər orqanların sağlamlığını təmin etmək, Bəhram müəllimin immun sistemini qaldırmaqla virusun ağciyərdə yaratdığı xəsarəti yox etməkdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin məsləhət və tövsiyələrinə uyğun şəkildə lazımi dərmanlar verilir. Amma xəstənin orqanizminin bu müalicəyə cavabının hansı şəkildə olacağını indidən demək çətindir”.

Bunu Modern.az saytınaaçıqlamasında “COVID-19” infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib

R.Mahmudov Bəhram Bağırzadənin əvvəlcədən ağciyərində problemlər olması fikrilə qətiyyən razılaşmayıb:

“Qətiyyən bu fikirlərin yayılması ilə razı deyiləm. İstənilən bir insanın ağciyərində, yaxud başqa orqanında özünün xəbəri olmadan problemi ola bilər. Amma 50 yaşlarında, sağlam həyat tərzi sürən, bir həftə əvvəl çəkilən rentgen müayinələri tamamilə sağlam olan bir insanın ağciyəri bir gecənin içərisində tamamilə yox olursa, buna tibbi nöqteyi-nəzərdən başqa ad qoymaq qəbul olunacaq həqiqət deyil. Bəhram Bağırzadənin ağciyərini sıradan çıxaran COVİD-19 virusudur, xəstəyə qoyulan diaqnoz budur və müalicəmiz də bu istiqamətdə gedir”.

Həkim həmçinin deyib ki, xəstə anlaqlı vəziyyətdə olsa da, ECMO cihazına bağlandığından davamlı olaraq süni şəkildə yatızdırılır:

“Müalicəyə uyğun olaraq ilk bir həftə ərzində yatızdırmaq göstərişi var”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video
16 Oktyabr 2024 ABŞ səfirliyi Damlanın vizasını ləğv edib
16 Oktyabr 2024 “Survivor”ın məşhur iştirakçısı vəfat etdi
04 Oktyabr 2024 Müğənnilər açıqladı: Bakıda toylar qadağan olunur
24 Sentyabr 2024 Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən O İŞ ADAMI KİMDİR?
21 Sentyabr 2024 AYB Elza Seyidcahana xəbərdarlıq etdi
11 Sentyabr 2024 Müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum oldu
29 Avqust 2024 Emin ən sevdiyi avtomobilini nümayiş etdirdi - VİDEO
24 Avqust 2024 "Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"
23 Avqust 2024 Emin Ağalarov ilk dəfə Bakıdakı villasının içini göstərdi
21 Avqust 2024 Hüseyn Həsənov helikopterlə Qarabağa getdi
16 Avqust 2024 Şəmi obrazı ilə dünya trendində: rekord rəqəm
02 Avqust 2024 Rza Rzayev azadlığa buraxıldı
01 Avqust 2024 "Nikosayağı"dan gözlənilməz addım - FOTO
30 İyul 2024 Ağadadaş Ağayevin yeni videosu yayıldı: “Bu iti...” ŞOK GÖRÜNTÜLƏR

Xəbər lenti