Rejissor Kənan MM “5-də-5” verilişində maraqlı açıqlama verib. O, Türkiyədə tanınan azərbaycanlı sənətçilərin adlarını açıqlayıb.
“Türkiyədə ən çox korifey sənətkarlarımız Müslüm Maqomayev, Rəşid Behbudov və Zeynəb Xanlarova məşhurdur. Onların mahnılarına qulaq asırlar. Bir də müasir müğənnilərdən Üzeyir Mehdizadə çox tanınır. Bir dəfə taksiyə mindim. Sürücü Üzeyir Mehdizadəyə qulaq asırdı. Mən ona Üzeyirlə tanış olduğumu dedikdə, məndən ödəniş belə almadı”,- deyə o, bildirib.