“Müğənni maşınını sata bilər, satmağa heç nəyi olmayan insanlar nə etsin?”

“Populyar olan insanların əksəriyyəti bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar”.
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu musavat.com-a deyib. Meyxanaçı karantin günlərini evdə keçirdiyini də açıqlayıb:

“5 aydır ki, toylar, tədbirlər yoxdur. Vaxtımı evdə ailəmlə keçirirəm. İstirahət edirəm, yaradıcılıqla məşğulam. Yeni mahnılar yazıram. Eyni zamanda mütaliə və idmanla məşğul oluram. Bacardığım qədər evdən çıxmıram”.

- Karantin rejimi yumşaldılsa da, toylara qoyulan qadağa aradan götürülmür. Bir neçə aydır toy mərasimləri, tədbirlər yoxdur, maddi cəhətdən ailənizi necə təmin edirsiniz?

- Şükürlər olsun ki, hələ maddi sıxıntı yaşamıram. Ailəmi dolandıracaq gücüm var. Amma növbəti aylarda vəziyyət necə olacağını bilmirəm.

- İnsanlar hər zaman populyar şəxslərin zəngin olduğunu düşündüyü üçün son günlər müğənnilərin maddi çətinliklər yaşaması barədə açıqlamaları birmənalı qarşılanmır. Məşhurlara qarşı bu aqressiyanın səbəbi nədir?

- Əksər populyar insanlar bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar. Təəssüf ki, artıq məşhurlar deyəndə sənəti olan incəsənət nümayəndələri ağıla gəlmir. Təsadüfən bu sahəyə gələrək, sənəti olmasa da, populyarlaşanlar yada düşür. Yəni qurunun oduna yaş da yanır. Hansısa sənət adamı da söz danışanda avtomatik olaraq insanlarda qıcıq yaradır. Xüsusən də məşhurlar maddi imkan mövzusunda danışanda tamaşaçı əsəbiləşir.

- Jurnalist Vüsal Məmmədov deyib ki, müğənnilərin pulu yoxdursa, maşınlarını satsınlar. Onun fikirlərinə münasibətiniz necədir?

- Bəzi müğənnilər yalnız özləri üçün gileylənmir. Onlar həm də millətin maddi sıxıntılar yaşamasına diqqət çəkməyə çalışır. Müğənni maşınını satıb maddi sıxıntıdan canını qurtara bilər. Bəs satmağa heç nəyi olmayan insanlar nə etsin? Sənət adamlarını yalnız “özlərini düşünürlər” kimi qələmə vermək düzgün deyil. Çünki həqiqətən, insanların halına acıyan sənətçilərimiz də var.

- Bu müddətdə iki düşmənlə mübarizə aparmalı olduq. Biri koronavirus, biri də ermənilər. Bəs cəbhə boyu baş verən prosesləri izlədinizmi?

- Əlbəttə izlədim. Ölkəmizdə və dünyada baş verən hər şey bizi də maraqlandırır. Tovuz hadisələrini davamlı izlədim. Çünki orada yaşayanlar, hərbçilərimiz üçün narahat idim. Şəhid xəbərləri hər bir azərbaycanlı kimi məni də üzdü. Allah onlara rəhmət etsin. Vətən və xalqımız uğrunda canlarından keçdilər. Hər birimiz onlara borcluyuq.

- Sənətçilərin, məşhurların cəbhədə yaşananlardan sonra vətənpərvərlik ruhda mahnı oxuması, hərbi geyimdə şəkil çəkdirməsi, səfərbərlik üçün qeydiyyatdan keçməsi də tənqid olundu. Məşhurların vətənpərvərliyi niyə səmimi qəbul edilmir?

-Təəssüflər olsun ki, artıq insanlarımız televiziyalara, mətbuata, məşhurlarımıza inanmır. Pandemiya dövrü insanları daha da aqressiv etdi. Sosial şəbəkələrdə də görürük ki, insanlar daha aqressivdir, tənqid, təhqir dolu şərhlər yazırlar. İnsanlar bayaq dediyim kimi, təsadüfən məşhur olub, hərəkətini bilməyənlərə görə sənət adamlarına qarşı aqressivdir. Ürəklə atılan addımları da səmimi qəbul etmirlər.

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti