|
Aparıcı Elgiz Əkbər haqqında yalan xəbər yayan sosial şəbəkə səhifələrindən birini məhkəməyə verib.
Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. Elgiz bildirib ki, onun şəklini yayaraq, karantin qaydalarını pozduğunu deyiblər:
"Bu boyda da yalan olar? Bu insanlar Allahdan qorxmurlar? Şəkil qışda "Elgizlə izlə" verilişinin təşkilatçılığı ilə keçirilən atasını, əmisini Qarabağ döyüşlərində itirən şəhid balasının toyunda çəkilib. Bu aralar heç bir toy və yas məclisində iştirak etməmişəm. Məhkəmədə görüşərik. 50 min manat təzminat iddiası ilə məhkəməyə müraciət etdim".
Qeyd edək ki, keçmiş deputat Hadi Rəcəblinin övladına toy etdiyi, Elgizin də orada olduğu iddia edilib.