|
Bu sözləri “Ölkə.Az”a açıqlamasında ölüm xəbəri yayılan müğənni Əli Mirəliyev deyib.
“Şükür Allaha səhhətimdə heç bir problem yoxdur. Xəbəri eşidib zəng edən dost- tanışdan bilmişəm ki, hansısa yaramaz insanlar mənim ölümüm haqqında şayiə yayıblar. Hər şey yaxşıdır, şükür allaha”,- deyə, o, qeyd edib.
Xatırladaq ki, Əli Mirəliyevin ölüm xəbərinin yayılması ilk deyil. 2017-ci ilin noyabr ayında da sosial şəbəkələrdə müğənninin ölüm xəbəri yayılıb.