|
İşğalçı Ermənistana qarşı cəbhədə gedən döyüşlərlə əlaqədar hər bir vətəndaş Azərbaycan Ordusuna bacardığı formada dəstək olmağa çalışır.
"Qafqazinfo"nun müsahibi Amil Hüseynov da onlardan biridir. Türkiyədə Akdeniz Universiteti Xəstəxanasında uzman cərrah kimi çalışan həmyerlimiz cəbhədə gedən döyüşlərə biganə qala bilməyib. O, ilk uçuşla Azərbaycana qayıdıb və könüllü olaraq cəbhə bölgəsinə ən yaxın xəstəxanalardan birinə yollanıb.
Cəbhə bölgəsinə ezam olunan əməkdaşlarımız Ağdam rayonundan məcburi köçkün olan 32 yaşlı həkimlə görüşüb, onun təəssüratlarını öyrənib. Üç uşaq atası olan A.Hüseynov bildirib ki, iki ilə yaxındır işləriylə əlaqədar Azərbaycana gələ bilməyib. Amma mövcud durum onu narahat edib və buna görə də o, vətənə qayıtmağı özünə borc bilib.
Emin Səfərov
Video: Pərvin Zeynal