|
''Ölkə.Az'' xəbər verir ki, Rihanna keçən cümə günü öz markasını nümayiş etdirmək üçün dəfilə təşkil edib. Dəfilə zamanı səslənən Koukou Kloyenin İslami hədisə yer verdiyi Doom mahnısı müsəlmanların etirazına səbəb olub. Müğənni ''Twitter'' hesabında bu barədə paylaşım edərək müsəlmanlardan üzr istəyib.
''Dəfilə zamanı baş verən xətaya etirazlarını bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Diqqətsiz xətam üçün sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi bilirəm və bu səbəbdən çox məyusam. Tanrıya və heç bir dinə qarşı hörmətsizlik etmirəm. Anlayışınız üçün hər birinizə öz təşəkkürümü bildirirəm'' -deyə, o qeyd edib.