Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar da daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Təxminən bir ilə yaxındır ki, toylarla bağlı qadağanın gündəmdə olması, gəliri bu sahədən çıxan müğənniləri işsiz qoyub.
Maraqlıdır, maddi qazancı toylar və şou-proqramlardan formalaşan müğənnilərin gəlirlərini təmin edə biləcək, ikinci bir sənəti varmı?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan Əməkdar artist Yusif Mustafayev bildirdi ki, heç bir işlə məşğul deyil:
 
"Müğənnilikdən başqa, heç bir yerdən gəlirim yoxdur. Yəni, elə də bir biznesim yoxdur ki, oradan maddi gəlir əldə edim. Yeganə gəlirimi dövlətdən aldığım pensiya və "Əməkdar artist” adına aldığım müavinət təşkil edir. Təbii ki, övladlarım da mənə çox böyük dəstəkdir. Həm də ki, yaman gün üçün də gərək vaxtında düşünəsən. Həyatın işini bilmək olmur, həmişə insanın üzünə gülməz ki? Gərək hər bir çətinliyə hazır olasan”.
 
Söhbət zamanı sənətçi pulunu qənaətlə xərclədiyini də söylədi:
 
"Əvvəl bir yerə gedəndə 10 manat xərcləyirdimsə, indi 1 manat xərcləyirəm. Həmişə düşünürdük ki, toylarımız var, ürəkli xərcləyirdik. Ancaq indi elə deyil axı. Düzü, indiyə qədər maddiyatla bağlı heç bir sıxıntım olmayıb. Yenə də sabahı düşünməliyik, çünki pandemiyanın nə vaxt bitəcəyi bəlli deyil”.
 
Müğənni Nadir Bayramlı hazırkı vəziyyətindən şikayətçi olmadığını vurğuladı:
 
 
"Mənim müğənnilikdən başqa, digər bir sənətim yoxdur. Neyləmək olar ki, bir təhər dolanarıq. Bu müddətdə isə sənətimlə məşğulam. Kiçik bir səsyazma studiyam var. Demək olar ki, hər gün orada oluram. "Çətin günün ömrü az olur” deyiblər, yəqin ki, bu vəziyyətdən də üzüağ çıxarıq”.
 
Əməkdar artist Sahib İbrahimov isə, müğənnilikdən başqa, pedaqoji fəaliyyətlə məşğul olduğunu qeyd etdi:
 

"On altı ildir ki, Bülbül adına orta ixtisas məktəbində müəllim kimi çalışıram. Buna görə də dövlətdən bəlli miqdarda maaş alıram. Eyni zamanda müharibə veteranı olduğuma görə də müavinət alıram, beləcə ailəmizi dolandıra bilirik. Hələ ki, sıxıntılarımız olmayıb, yəni, obyektiv səbəblərdən biz bu vəziyyətlə üz-üzə dayanmışıq. Erməni kimi bir virusdan canımızı qurtara bilmişiksə, koronanın çətinliyindən narahat olmağa dəyməz. Hər şeyin öz axarına düşəcəyinə ümid edirik”.

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti