|
"Ölkə.Az2 xəbər verir ki, Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.
Həkim BAKU.TV-yə eksklüziv açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, - deyə Cavid Paşayev bildirib.
Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.