|
"Bakupost.az xəbər verir ki, o, hazırda Moskvada xəstəxanaların birində müalicə olunur.
Məlumata görə, müğənninin vəziyyəti ağırdır.
Müğənninin keçmiş gəlini Canana qafqazinfo-ya bildirib ki, beş gün əvvəl qayınanası və eks-ərində “COVID-19” aşkarlanıb:
“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.