|
Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşaraq vəziyyətinin yaxşı olduğunu yazıb:
"İnsanın hissləri ilə oynamaq olmaz! Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz! Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm. Ürək-dirək verir, fikir verməməyi xahiş edirəm. Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Həyat yoldaşı da, mən də yanındayıq. Narahatlığa heç bir əsas yoxdur".