|
Türkiyəli aktyor Burak Özçivit həbs oluna bilər.
"Yol-xeber.az" baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb aktyorun "Kuruluş Osman" serialının çəkilişi zamanı işçi heyətini təhqir etməsidir.
İstintaq başladılaraq Özçivitin ötən il dekabrın 8-də çəkiliş sırasında işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatdırılıb.
İrəli sürülən iddianaməyə əsasən, Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər.
Məhkəmənin yaxın günlərdə keçiriləcəyi bildirilib.