|
Aparıcılar İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın oğlu Nahid hərbi xidmətini başa vuraraq evinə qayıdıb.
"Yol-xeber.az" xəbər verir ki, Zülfiyyə bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, oğlu Nahidin görüntülərini yayımlayaraq oğlunun əsgərlikdən qayıtmasına görə böyük sevinc hissi keçirdiyini bildirib:
"Nahidim gəldi! Söz verdiyi kimi qalib əsgər olaraq gəldi! Allah bütün balaları qorusun, analar beləcə sevinsin!"
Xatırladaq ki, İlqar və Zülfiyyənin Nahiddən başqa daha bir oğlu da var.