Gəncədə baş verənlər Azərbaycan dövlətinə qarşı törədilmiş bir cinayətdir.

Bu hadisəni törədənlər heç bir halda cəzasız qalmamalıdır.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı Gəncədə baş vermiş iğtişaşla bağlı danışarkən söyləyib. O bildirib ki, Azərbaycana düşmən olan bəzi şəxslər gizli əllərini işə saldılar:

“Baş verənlərin Gəncə və gəncəlilərlə heç bir əlaqəsi yoxdur. Bir qrup cinayətkar Azərbaycanın yüksək rütbəli iki polis zabitini vəhşicəsinə qətlə yetirib. Azərbaycanlının həmvətənini qətlə yetirməsi yalnız düşməni sevindirə bilər. Əxlaqı, vicdanı, mənəviyyatı olan, bu dövləti, milləti özününkü hesab edən heç bir insan bu cür qətl törətməz.

Azərbaycanda dini fanatizmə qətiyyən yol vermək olmaz. Dini fanatizmin olduğu ölkələrin taleyi gözümüzün qabağındadır: hər gün bu ölkələrdə qətllər, anarxiya, dövlət çevrilişləri, özbaşınalıqlar, xaos olur. Bu gün Azərbaycan insanı həmişəkindən daha çox bir-birinin yanında olmalıdır. Bu, çox ciddi hadisədir və adekvat cavab verilməlidir. Azərbaycan qanunları özünün sərt üzünü göstərməlidir. Bu cinayət cəzasız qalmamalı və kökünə qədər qazılmalıdır. Dörd yanımızda bizi istəməyən düşmənlərimizin olduğu bir vaxtda Azərbaycanın daxilində xaosa imkan vermək olmaz. Kimlərsə buna nail ola biləcəklərini düşünürlərsə, səhv edirlər”.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və Fərrux Xəqani oğlu Qasımov axtarışa verilib.

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti