Erməni yazıçısının mənə həsr etdiyi kitaba görə titullarının əlindən alınmasından xəbərsizəm.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar artist, muğam ustası Elnarə Abdullayeva erməni yazıçısı Lyubik Çibuxçyanın “Elnara” kitabına görə təzyiqlərə məruz qalması barədə danışarkən deyib. Xanəndə bildirib ki, ermənilərin ona hansı münasibət bəsələməsi və haqqında yazdıqları onun üçün maraqlı deyil.

Qeyd edək ki, erməni yazıçısı Lyubik Çibuxçyan muğam ifaçısı Elnarə Abdullayevaya "Elnara" adlı 173 səhifəlik mənzum kitab həsr edib. Çibuxçyan bir neçə il bundan əvvəl “Elnara” kitabı ilə bağlı “BBC Azərbaycan”a müsahibə verib. O, Elnarə xanımı Azərbaycan televiziyasının efirində gördüyünü, səsini çox bəyəndiyini, yazdığı kitabı bir neçə dilə tərcümə edərək ATƏT-in Minsk Qrupu həmsədrlərinə bağışlamaq istədiyini açıqlayıb. Çibuxçyan hətta Elnarənin Feysbuk ünvanına məktub yazdığını, amma cavab ala bilmədiyini deyib.

Sözügedən kitaba görə erməni hakim dairələri L.Çibuxçyanı bütün titullardan məhrum edib, hətta vəzifəsindən uzaqlaşdırıb. O, sabiq prezident S.Sərkisyana 12 şikayət məktubu yazsa da, cavab almayıb. Erməni yazıçı daha sonra Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycandan siyasi sığınacaq almaq istədiyini bildirib.

L.Çibuxçyan dəfələrlə pul mükafatı və müxtəlif medallarla, avtomobil və üçotaqlı mənzillə təltif olunub, Ermənistan incəsənət xadimi adına layiq görülüb.

İsmayıl Tanrıverdinin yaydığı məlumata görə, Elnarə Abdullayevaya həsr etdiyi kitaba görə onun bütün titulları əlindən alınıb.

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti