Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ
Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb. 

“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.

 

DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri-qənaətbəxşdir.

Məlumatda qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev  Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib

07 Aprel 2025 Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
06 Mart 2025 Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
06 Mart 2025 “Survivor”dan qayıdan kimi həbs olunacaq
27 Fevral 2025 Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
22 Fevral 2025 Ədalət Şükürovun 470 minlik avtomobili - FOTO
16 Yanvar 2025 Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...
11 Yanvar 2025 Turabinin də ABŞ-dəki evi yanıb kül oldu
10 Yanvar 2025 Los-Ancelesdəki yanğın azərbaycanlı müğənninin oğlunun evinə yaxınlaşır
07 Yanvar 2025 Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
02 Yanvar 2025 Azər Baxşəliyev vəfat etdi
23 Dekabr 2024 Dünyaca məşhur tiktoker Məkkədə…
20 Dekabr 2024 Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül
05 Dekabr 2024 “Dronu DSX yox, başqa hərbi birləşmələr vurub”
03 Dekabr 2024 Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
22 Noyabr 2024 Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11 Noyabr 2024 Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi
31 Oktyabr 2024 Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
24 Oktyabr 2024 Əməkdar artist Qarabağ Universitetində dərs DEYƏCƏK
22 Oktyabr 2024 Nadir Qafarzadənin evini su basdı - Video
21 Oktyabr 2024 Emin qaziyə “See Breeze“dəki mənzili təqdim etdi - Video

Xəbər lenti