Saxta nömrəli avtomobili qovalayan polislər qəzaya düşdülər: 2-si polis, 3 nəfər xəsarət aldı - FOTO
Hüquq-mühafizə orqanları tərəfindən axtarışlara başlanılıb, araşdırmalar aparılır

Türkiyənin Kırıkkale vilayətində “Dayan” əmrinə tabe olmayan sürücünün avtomobilini qovalayan Yol Polisi Xidmətinin əməkdaşları qəzaya düşüblər. Yol-xeber.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Kırıkkale – Kayseri avtomagistralında qeydə alınıb.

Məlumata görə, gecə reydi aparan yol polisləri Qadir Ərdəm və Mücahit Qanca, saxta qeydiyyat nömrə nişanlı olduğu müəyyən edilən avtomobili saxlamaq istəyiblər.

Ancaq polisin “Dayan” əmrinə tabe olmayan şəxsiyyəti naməlum sürücü, avtomobillə Kaysrei istiqamətinə qaçmağa başlayıb.

 

Asayiş keşikçiləri də 71 A 5444 qeydiyyat nömrə nişanlı avtomobili təqib ediblər. Şübhəlini təxminən 30 dəqiqə qovalayan polislərin olduğu maşın, yolun əks istiqamətində hərəkətdə olan Adəm Göçmənin idarə etdiyi 35 AH 9432 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.

Nəticədə Qadir Ərdəm, Mücahit Qanca və Adəm Göçmən xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polislərin, qovaladıqları saxta qeydiyyat nömrə nişanlı avtomobil isə qaçaraq gizlənməyə müvəffəq olub.

Hüquq-mühafizə orqanları tərəfindən axtarışlara başlanılıb, araşdırmalar aparılır.

 

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti