|
Türkiyənin Bursa vilayətində oğul səki daşı ilə atasının avtomobilinə ziyan vurub. Yol-xeber.az xəbər verir ki, hadisə İnegöl rayonunun Mahmudiyə məhəlləsində baş verib. Ata və oğul məhəllədə yerləşən dükana borcların ödədikdən sonra evlərinə qayıtmaq istəyiblər. İddiaya görə, oğlu F.M., sükan arxasına keçərək avtomobili idarə etmək istəyib. Ancaq, atası R.M., buna icazə verməyib. Bundan sonra ata və oğul arasında mübahisə yaşanıb. Mübahisə zamanı F.M., atasını vurub, ardınca da səkinin daşlarını sökərək avtomobilin şüşələrini sındırıb.
Ətrafdakı insanların köməkliyi ilə əsəbi gənc sakitləşdirilib. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Asayiş keşikçiləri F.M.-in ifadəsini almaq üçün bölməyə aparıblar.
İnsidentlə bağlı təhqiqatlar davam etdirilir.