![]() |
|
Türkiyənin Əskişəhər bölgəsinin Mahmudiyə mahalında hakim Ədalət və İnkişaf Partiyasının mahal idarəsinin binasına hücum edilib.
Axar.az xəbər verir ki, gecə saatlarında naməlum şəxs partiya binasına yaxınlaşaraq, daş atmağa başlayıb.
Cinayətkar partiya binasının pəncərələrinə zərər vurub. Hadisə yerinə gələn polis əməkdaşları sözügedən şəxsin eyni zamanda MHP-dən olan keçmiş mahal sədrinin evinə də hücum etdiyini öyrənib.
Cinayətkar saxlanılıb, hazırda dindirilməsi istiqamətində iş aparılır.