|
Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko fərman imzalayıb.
S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.
O bu vəzifədə Andrey Kobyakovu əvəz edəcək.
Prezidentin digər fərmanı ilə İqtisadiyyat, Memarlıq və Tikinti, Rabitə və İnformasiya Nazirliklərinə və Dövlət Hərbi-Sənayə Komitəsinə də yeni sədrlər təyin olunub.