Ərdoğanın səhhəti ilə bağlı yayılan xəbərə RƏSMİ AÇIQLAMA

Bir YouTube kanalında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı əsassız və böhtan xarakterli iddialar səsləndirilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Cənab Prezidentimiz, Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və məsuliyyətlərini yerinə yetirir, xalqımıza xidmət yolunda böyük əzm və fədakarlıqla fəaliyyət göstərir”, – deyə açıqlamada qeyd olunub.

Qeyd olunub ki, Prezident Ərdoğanla görüşən dövlət başçıları, siyasətçilər və digər səlahiyyətli şəxslər onun məsələlərə dərindən bələd olduğunu, güclü yaddaşa və qətiyyətli qərarvermə qabiliyyətinə sahib olduğunu yaxşı bilirlər.

“Jurnalist etikası və məsuliyyət hissini nəzərə almayan, sosial şəbəkələrdə əsassız məlumatlar yayan şəxslər yalnız özlərini gülünc duruma salırlar”, – açıqlamada əlavə olunub.

Sonda bildirilib ki, bu cür iddiaların cəmiyyətə yönəlik manipulyasiya məqsədi daşıdığına diqqət edilməli, rəsmi qurumların məlumatlarına istinad olunmalıdır.

 

 

 
12 İyun 2025 Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır
11 İyun 2025 ABŞ İranı vurmağa hazırdır: Hücum planı Trampın masasında
11 İyun 2025 Los-Ancelesdə komendant saatı tətbiq edilib
11 İyun 2025 Putin Türkiyədən bu iki səbəbdən üz döndərdi
11 İyun 2025 Dərhal həbs olunacaqlar – Tramp xəbərdarlıq etdi
11 İyun 2025 Konqres Baydenin əməkdaşlarına qarşı HƏRƏKƏTƏ KEÇDİ
11 İyun 2025 ABŞ və Rusiya Türkiyədən ÜZ DÖNDƏRDİ - “Gərginlik yaradan amillərin...”
11 İyun 2025 Fitsodan Rusiya açıqlaması: AB bunu etməsə...
11 İyun 2025 ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” – Neft qiymətləri yüksəldi
10 İyun 2025 ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
10 İyun 2025 Rusiya bizə hücum edəcək - NATO
10 İyun 2025 Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR?
10 İyun 2025 İran sənədləri ələ keçirdikdən sonra hədələdi: İsrailin gizli obyektlərinə zərbə...
10 İyun 2025 Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma... - The Times
09 İyun 2025 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir
09 İyun 2025 Ukrayna böhranı artıq ABŞ-a da "sıçradı": Ağ Evdə "dəhliz savaşı" biabırçılıq törətdi
06 İyun 2025 İsrail HƏMAS-a qarşı onları silahlandırır
05 İyun 2025 İrəvanda “Paşinyan vətəni satır” şivəni
05 İyun 2025 ABŞ kəşfiyyatı Rusiyanın itkilərini AÇIQLADI - Nüvə triadasına BÖYÜK ZƏRBƏ
05 İyun 2025 Özgür Özəl istintaqa CƏLB OLUNDU

Xəbər lenti