Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma... - The Times

Çeçenistan rəhbəri Ramzan Kadırovun üçüncü oğlu olan Adam Kadırovun bölgənin gələcək lideri kimi ön plana çıxdığı getdikcə daha aydın görünür. Ölkə.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri yazır.

Ramzan Kadırov səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlar fonunda istefa vermək istədiyini bildirmişdi. Bu isə onun yerinə oğlu Adamı gətirməyə çalışdığı ilə bağlı ehtimalları gücləndirib. Beləliklə, Kadırov atası Əhməd Kadırov tərəfindən əsası qoyulan siyasi dinastiyanı davam etdirmək niyyətindədir.

Qətərin “Al Jazeera” telekanalının məlumatına görə, Ramzan Kadırov may ayında Moskvaya səfər edərək Prezident Vladimir Putinlə görüşüb və rəhbərliyin Adam Kadırova ötürülməsi təklifini irəli sürüb. Lakin bu təklif Kremlin etirazı ilə qarşılanıb.

Praqadakı Karl Universitetinin təhlükəsizlik məsələləri üzrə professoru Emil Aslan bildirib:
“Qərarı verən əsas qüvvə Kreml olaraq qalır və Kreml Adamı istəmir. Onlar Çeçenistanın hələ də Kadırovlar klanının nəzarətində qalmasına qarşı deyillər, lakin onların əsas narahatlığı regionda sabitliyin qorunmasıdır. Adam isə bu sabitliyi təmin edə biləcək səviyyədə deyil.”

Ekspertin fikrincə, daha real ssenari – Adam yetkinlik yaşına çatana qədər Çeçenistana regent rəhbər təyin olunmasıdır. Bu rola ən real namizədlər kimi Adam Delimxanov və Apti Alaudinovun adları çəkilir.

“The Times” qeyd edir ki, Çeçenistanda varislik məsələsi həm Ramzan Kadırov üçün – ailəsinin uzunmüddətli təhlükəsizliyini təmin etmək baxımından, həm də Kreml üçün – region üzərində nəzarəti saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

12 İyun 2025 Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır
11 İyun 2025 ABŞ İranı vurmağa hazırdır: Hücum planı Trampın masasında
11 İyun 2025 Los-Ancelesdə komendant saatı tətbiq edilib
11 İyun 2025 Putin Türkiyədən bu iki səbəbdən üz döndərdi
11 İyun 2025 Dərhal həbs olunacaqlar – Tramp xəbərdarlıq etdi
11 İyun 2025 Konqres Baydenin əməkdaşlarına qarşı HƏRƏKƏTƏ KEÇDİ
11 İyun 2025 ABŞ və Rusiya Türkiyədən ÜZ DÖNDƏRDİ - “Gərginlik yaradan amillərin...”
11 İyun 2025 Fitsodan Rusiya açıqlaması: AB bunu etməsə...
11 İyun 2025 ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” – Neft qiymətləri yüksəldi
10 İyun 2025 ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
10 İyun 2025 Rusiya bizə hücum edəcək - NATO
10 İyun 2025 Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR?
10 İyun 2025 İran sənədləri ələ keçirdikdən sonra hədələdi: İsrailin gizli obyektlərinə zərbə...
10 İyun 2025 Ərdoğanın səhhəti ilə bağlı yayılan xəbərə RƏSMİ AÇIQLAMA
09 İyun 2025 İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir
09 İyun 2025 Ukrayna böhranı artıq ABŞ-a da "sıçradı": Ağ Evdə "dəhliz savaşı" biabırçılıq törətdi
06 İyun 2025 İsrail HƏMAS-a qarşı onları silahlandırır
05 İyun 2025 İrəvanda “Paşinyan vətəni satır” şivəni
05 İyun 2025 ABŞ kəşfiyyatı Rusiyanın itkilərini AÇIQLADI - Nüvə triadasına BÖYÜK ZƏRBƏ
05 İyun 2025 Özgür Özəl istintaqa CƏLB OLUNDU

Xəbər lenti