Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.“Unikal"” "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.Qəzada 30 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.